Azerbaycan'ı da sarmaya başlıyorlar.
Türkçü Turancı Otağ, Kurt ini
 
*
Esenlikler, Ziyaretçi.Lütfen giriş yapın veya kayıt olun. 24 Ekim 2019, 06:29:09


Kullanıcı adınızı, parolanızı ve aktif kalma süresini giriniz
Otağ Kuruluş Tarihi: 10 Ekim 2008


Random Image
Sayfa: [1]
  Yazdır  
Gönderen Konu: Azerbaycan'ı da sarmaya başlıyorlar.  (Okunma Sayısı 2416 defa)
0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.
Almıla-Ay
Normal Üye
*
Cinsiyet: Bayan
ileti Sayısı: 279


TÜRK KIZI


« : 06 Mayıs 2011, 10:54:37 »

 Kəmaləddin Heydərov hakimiyyəti türkləşdirir


Azərbaycanın da “dərin dövləti” varmış
Kəmaləddin Heydərov yenidən “Oğuz eli” missiyasına qayıdır; türk-etnik qarşıdurmasının şok pərdəarxası

Hakimiyyət daxilində ən müxtəlif əsaslarla qruplaşmalar var. Bu əsaslardan ən mühümü ərazi prinsipidir. Digər mühüm “ideologiya” isə etnik mənsubiyyətlə bağlıdır. Hakimiyyətin üst qatlarında təmsil olunan və Azərbaycan türklərindən fərqli etnik kimlik daşıyan məmurlar gizli bir alyans quraraq yuxarıdan aşağıya ciddi təşkilatlanma həyata keçirməyi bacarıb. Daha çox mason lojalarının fəaliyyət prinsiplərindən istifadə edən bu etnomafiya(lar) Azərbaycan dövlətinin hər nöqtəsinə öz adamlarını yerləşdirmək üçün mümkün olan hər bir şeyi etməkdədir.
Məsələnin maraqlı cəhəti isə bundadır ki, bu etnik əsaslı qruplar yalnız fərz edildiyi və yazıldığı kimi, kürdlərdən ibarət deyil. Azərbaycan iqtidarındakı etnomafiya(lar) özündə Azərbaycan türklərindən başqa bütün etnik qrupların təmsilçilərini birləşdirir. Müəllifi bu mövzuda bilgiləndirən qaynağın iddiasına görə, etnomafiyanı eyni ilə “Qurdlar vadisi” serialının ilk bölümlərində müşahidə olunan bir konsey idarə edir. Bura seçilən hər bir nümayəndə fərqli etnik qrupu təmsil edir. Bu konseyin hər yerdə adamları, böyük şəbəkəsi var. Siqaret qaçaqmalçılığından tutmuş qadın alverinə, narkotranzitə nəzarətə, maşın biznesi, ərzaq və sənaye mallarının ticarətinə qədər digər qara və ağ işlərdə barmağı var bu konseyin. Ona görə də iqtidardakı etnomafiya(lar) indi o qədər güclənib, pullanıb, şaxələnib ki, artıq hamıya mane olur.


Əlbəttə, konseydə və qərarların verilməsində əsas qüvvə kürd millətinə məxsus məmur-oliqarxlardır. Onların çox güclü və nüfuzlu ağsaqqalları var. Onunla hamı hesablaşır və çoxları da çəkinir. Məhz onun siyasəti sayəsində dövlət strukturunda və biznes sahəsindəki bütün etniklər bir araya gətirilib. Üstəlik, etnomafiya özünə “millət” də yaradıb. Şimali İraqdan, Türkiyənin kürdlər yaşayan bölgələrindən çoxsaylı köçlər təşkil edən və 15 il ərzində Azərbaycanda kritik bir kütlə yaradan etnomafiya artıq ölkənin bütünlüyünü təhdid edə biləcək gücə yetişib. PKK ilə və Rusiyanın kəşfiyyat strukturları ilə işbirliyində çalışan etnomafiyanın bir sıra xidmətləri də olmamış deyil. Məhz onların əlaqələri sayəsində PKK Azərbaycanda dinc oturur, terror hərəkəti həyata keçirmir; ölkəmizdən ancaq qışlaq və biznes məqsədi ilə istifadə edir.
Məlumatlı və mötəbər qaynağımız iddia edir ki, məhz iqtidardakı kürdlərin əli ilə Bakı-Tiflis-Ceyhan neft kəməri toxunulmaz saxlanır: “Hərdən təhdidlər olur. Bunu da Bakıdakılar işarə edir. Bir az çətinə düşən kimi, ya da öz əhəmiyyətlərini artırmaq məqsədilə PKK ilə işbirliyinə gedib süni problem yaradır, sonra da o problemi həll edib qəhrəman olurlar”.
Dediyimiz kimi, bu etnomafiya artıq hakimiyyətdə nüfuz sahibi olan hər bir kəsi narahat edir. Kadr təyinatlarından tutmuş bütün növ qaçaqçılıq, monopoliyalar və sair şeylərə onların bu və ya başqa dərəcədə müdaxiləsi var. İş o yerə çatıb ki, hakimiyyətdəki etnomafiyaya qarşı fövqəladə hallar naziri Kəmaləddin Heydərov da mübarizə aparmağa başlayıb. Hansı ki, onun özünün də kürd mafiyasına aid olması və köçmən kürdlərə qucaq açması barədə mediada çoxsaylı yazılar dərc olunub. Hətta sabiq nazir Fərhad Əliyev də açıq işarə vurmuşdu ki, o, türk olaraq hakimiyyəti sarmış etniklərə qarşı mübarizə aparır. Bu səbəbdən də həyatı təhlükədədir.
Lakin Heydərov son illərdəki fəaliyyəti və baxışları ilə bunun əksini ortaya qoymağa çalışdı; bir növ də buna nail oldu. Türkiyədəki milliyyətçi çevrələrlə təmasları, Azərbaycanın tanınmış və marka türkçüləri ilə aşkar-gizlin münasibətlər qurması, ətrafındakı və şəbəkəsindəki adamların etnomafiyalara qarşı çıxması onun nə dərəcədə böyük oynadığının göstəricisidir. Əvvəllər kürd qruplaşmasının lideri Bəylər Əyyubovla isti münasibətlərinə də bir qədər məsafə verib. Qruplaşmanın əsas “qırğı”sı Vasif Talıbovla isə düşmən həddindədir. Bunların əksinə olaraq artıq Ramiz Mehdiyevlə və onun çevrəsi ilə yaxınlaşıb. Məhz bu yaxınlıqdan sonra da etnomafiyalara qarşı müharibə elanı başlayıb
Fövqəladə hallar nazirinin yaxın adamlarından biri olan deputat, prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyevin parlamentdəki son çıxışı bu savaşın növbəti etapının başlanmasının siqnalıdır. Bütün ildırımları üzərinə çəkən Həsənquliyev əslində doğru olanı və dövlətin çoxdan yapması gərəkdiyini söyləmişdi. Lakin bunu dövlət yapmayanda, onun içindən bir qrup çıxır, özünə “dərin dövlət” yapılandırması verərək gərəkən, hətta bəzən gərəkməyən addımları atır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin ölkədəki strateji vəzifələri türklərin tutmasının vacibliyi ilə bağlı dedikləri də mümkündür ki, məhz həmin “dərin dövlətin” mövqeyinin parlamentdə ifadəsidir.


Maraqlı bir məqam da var. Müdafiə naziri Səfər Əbiyevin yaxın ətrafı da etnik təhlükələrdən, kürd mafiyasından, onun “türk oğlu türk olan müdafiə nazirini” yıxmaq planlarından danışır. 2009-cu ilin avqustunda keçirilən bir toplantıda Əbiyevə yaxınlığı ilə tanınan deputat Vahid Əhmədov milli məsələ ilə bağlı sensasion bəyanatla çıxış etmişdi. Daha çox kürd qruplaşmasının Azərbaycandakı ziyanlı fəaliyyəti barədə danışan deputat bunun ardınca demişdi: “1997-ci ildə demişdim ki, vaxt gələcək, Azərbaycanda erməni məsələsi kürd məsələsinin yanında yalan olacaq. İndi bu proses gedir, sadəcə, biz hələ hiss eləmirik. Amma nə vaxtsa hiss edəcəyik; necə ki, indi Türkiyə bunu hiss edir. Azərbaycan ordusunun başında türk oğlu türk dayanır. Ona görə də qara qüvvələr ordunu ələ keçirməyə çalışır. Amma inanmıram ki, dövlət başçısı belə şeyə yol versin”.


Əbiyev də Heydərov kimi prioritet olaraq Türkiyəni seçib; qardaş ölkənin hərbi dairələri ilə sıx əlaqədədir; özünü türk bilir və bunu, türklər demiş, kullanır. Şəcərəsi ilə bağlı Anadolu türkcəsində bir kitab basdıraraq məhdud və aidiyyəti çevrələrdə yayımladan Əbiyevə Heydərovun və ətrafının münasibəti tam fərqlidir. “Fövqəlnazir”in ətrafı müdafiə nazirini və ətrafını etnik sayır; Həsənquliyevin parlamentdəki məlum bəyanatının əsas hədəfi olan Etibar Pirverdiyev (“Azərenerji” ASC-nin rəhbəri) məhz Səfər bəyin özəl qrupundandır. “Strateji postlarda türklər olmalıdır” məntiqinin digər əsas hədəfi də Müdafiə Nazirliyidir. Hansı ki, iddialara görə, bu nazirlikdə şimal bölgəmizdəki etnik qrupların ağırlığı daha çoxdur...


Qeyd edək ki, etnomafiyaya qarşı mübarizə məsələsi bir neçə il öncə də açıq şəkildə gündəmə gəlmişdi. O zaman da işin başında K.Heydərovun dayandığı barədə məlumatlar var idi. Ancaq o vaxt üzdə olan şəxs sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev idi. H.Abdullayev o zaman “Oğuz eli” adlı təşkilatın yarandığını da elan etmiş və demişdi ki, bu təşkilatın əsas hədəfi Naxçıvanı və mümkün qədər Bakını PKK simpatizanlarından təmizləməkdir. Ancaq H.Abdullayevin mandatının əlindən alınması və bir müddət həbsdə saxlanması “Oğuz eli” missiyasının dayanmasına səbəb oldu. Görünür, bu missiyaya yenidən qayıdılıb. Artıq iqtidardaxili qrupların toqquşmalarında etnik amillər qabarmağa başlayır.


Qaynağımızın verdiyi başqa maraqlı bir detalı da nəzərinizə çatdıraq. Hörmətli Kəmaləddin Heydərova onun ətrafı və qrupunun üzvləri son vaxtlar “paşam” deyə müraciət edir. Bu müraciət forması Osmanlı Türkiyəsindən qalmadır; günü bu gün də Türkiyəmizdə generala “paşam” deyə müraciət edirlər. Mənbə bildirir ki, K.Heydərov “paşam” müraciətindən çox məmnun olur və konseyinin məxsusi toplantılarında özünü əsl paşa kimi aparır: “Bu qrupun üzvləri öz aralarında təşkilatlarını ”Azərbaycanın dərin dövləti" də adlandırır. Onlarda etnomafiyaya daxil olan yüksək vəzifəli şəxslərin əcnəbilərlə əlaqəsi, şəxsi həyatı, biznesi, müxtəlif ölkələrin məxfi qurumları ilə işbirliklərinə dair çoxsaylı faktlar, kompromatlar var. Əllərində olan bilgilərə əsasən onlarda belə qənaət formalaşıb ki, bir sıra yüksək postları başqa millətlərdən olan şəxslərin tutması Azərbaycan üçün böyük təhlükədir".
Mənbə onu da deyib ki, həmin qrupun bu fəaliyyətindən qarşı tərəf də məlumatlıdır və onlar gələn təhlükələri önləmək üçün işləyirlər. Bütün bunların ümumiləşmiş nəticəsi olaraq demək olar ki, hakimiyyət daxilində ciddi türk-etnik münaqişəsi gedir və bu, qarşıdakı aylarda daha da güclənəcək. Çünki gələn məlumatlara görə, türk qruplaşması builki parlament seçkilərində etnomafiyaya həlledici zərbə vuraraq mümkün qədər onların parlamentə düşməsinə imkan vermək istəmir. Parlamentin hazırkı tərkibində onların sayı xeylidir və növbəti seçkilərdə də bu yerləri qoruyub saxlamaqda qərarlıdırlar. Buna görə də mübarizənin getdikcə şiddətlənəcəyi şübhə doğurmur.
Yekunda onu da deyək ki, hakimiyyətdə təmsil olunanlar yavaş-yavaş türkləşdikcə, türk millətinin təəssübünü qorumağa qalxdıqca bütün məsələlər düzələcək. Yetər bu türkləşmə səmimi olsun, gerçək olsun və ümumiyyətlə... olsun.

Köprülerin (Linklerin) Görülmesine İzin Verilmiyor.
Köprüleri (Linkleri) Görebilmek İçin Üye Olun veya Giriş Yapın
http://www.musavat.com/new/G
ündəm/71...OMAFİYA_SAVAŞI
Facebook'a Ekle
Kayıtlı
Sayfa: [1]
  Yazdır  
 
Gitmek istediğiniz yer:  

|Harita | Arşiv | 1 | 2 | 3 | 4 | XML | Rss
PHP Kullanıyor Powered by SMF 1.1.20 | SMF © 2006-2009, Simple Machines

Google'a ekle
BOZKURT FM*
XHTML 1.0 Uyumlu! Dilber MC teması HarzeM tarafından
Bu Sayfa 0.045 Saniyede 22 Sorgu ile Oluşturuldu (Pretty URLs adds 0.01s, 2q)


Türkçü Turancı Otağ
Otağımıza üye olarak Türklüğe ve Türkçülüğe katkıda bulunabilirsiniz.
10 saniyede üye olmak için tıklayın.