IŞİD'den Kaçan Ermeniler Güney Azerbaycan'a Yerleştiriliyor
Türkçü Turancı Otağ, Kurt ini
 
*
Esenlikler, Ziyaretçi.Lütfen giriş yapın veya kayıt olun. 20 Ekim 2019, 08:08:59


Kullanıcı adınızı, parolanızı ve aktif kalma süresini giriniz
Otağ Kuruluş Tarihi: 10 Ekim 2008


Random Image
Sayfa: [1]
  Yazdır  
Gönderen Konu: IŞİD'den Kaçan Ermeniler Güney Azerbaycan'a Yerleştiriliyor  (Okunma Sayısı 1143 defa)
0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.
Börü:Tegin
Türkçü - Turancı BOZKURT

ileti Sayısı: 1.953



« : 22 Temmuz 2014, 18:06:08 »

 Azerbaycan'dan yayın yapan bir kuruluştan alıntıdır.

İraq erməniləri Urmiyəyə yerləşdirilir?!

Cənubi Azərbaycan erməni və duz fəlakəti ilə üz-üzə qalıb
Güney Azərbaycanın qərb bölgəsi - Qərbi Azərbaycan Vilayəti adı ilə tanının məntəqənin - demoqrafik durumu təhlükə altındadır. GünAz.TV-nin yaydığı xəbərə görə, uzun illərdir PKK terror təşkilatının göstərdiyi xətt əsasında Qərbi Azərbaycanın demoqrafik durumunun dəyişdirilməsinə çalışılır. Bu yolda həm terror təşkilatlarına bağlı kürdlər və həm də İran rejimi fərqli rollar götürüblər.

Məlumata görə, ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) bağlı olan "azəriha” saytı yazıb ki, "Musulun arxiyepiskopu İraqdakı əsasən ermənilərdən ibarət olan xristianların  Urmiyə şəhərində yerləşdirilməsini istəyib. Musulun xrisianları təxminən 50 min nəfərdir. İran yaxın şərqdə təkcə ölkədir ki, Orda xristianlara ictimaiyyət və qanun tərəfindən xüsusi hörmət edilir”.

Qeyd edək ki, Şərhçilərin fikrinə görə, hələlik Urmiyəyə İraqdan gələn heç bir erməni yerləşdirilməsə də, Qərbi Azərbaycanın demoqrafik durumunun dəyişməsində maraqlı olan qüvvələr bu fürsətdən su-istifadə edib və erməniləri Urmiyəyə yerləşdirə bilərlər. Azərbaycan Milli Hərəkatı isə prosesi diqqət mərkəzində saxlamaqdadır.

Bu arada Urmiyə bölgəsini şoranlaşma fəlakəti başına alıb. Belə ki, Güney Azərbaycanın Urmu gölü getdikcə quruyur ki, yerində də Azərbaycanı yaxa biləcək milyardlar ton duz əmələ gəlir. Ən əsas təhlükələrdən biri isə həmin duzların külək vasitəsi ilə ətraf bölgələr və hətta qonşu ölkələrə yayılmasıdır. Real təhlükənin olduğu halda, həm Urmu gölünün qurumasının qarşısı alınmır və həmdə gölün quruduğu yerdə toplanan duzların daşınmasının qarşısı alınmır. Bu isə əlavə təhlükələrə səbəb olur.

Urmu gölündən duzların daşınmasının getdikcə artması bəzi ölkə rəsmiləri və ekoloji tərəfdarlarını da dilə gətirib. Ətraf-Mühit fəalı Abbas Məhəmmədi gölün yerindən duzların nəzarətsiz şəkildə daşınmasından öz nigaranlığını bildirərək deyib ki, "Urmu gölünün qurumasından dolayı ortaya çıxan problemlərdən biri duz tozları və duz fırtınalarının əmələ gəlməsidir. Bu isə bölgə əhalisində təhlükəli xəstəliklərə səbəb ola bilər. Həddən artıq duz çıxarmaq və buldozerlərin hərəkət etməsi duz daşlarını sındırır və onları pudra halına gətirir, bu da duz tozlarının artması deməkdir”. A.Məhəmmədi həddən artıq duz çıxarma prosesinin dayandırılmasını və Urmu gölünün nəzarətə alınmasını səlahiyyətli qurumlardan tələb edib.

Cavid TURAN



Facebook'a Ekle
Kayıtlı

TÜRK:KANI:KURUMASIN:
TURAN:TUGU:YIKILMASIN:
Sayfa: [1]
  Yazdır  
 
Gitmek istediğiniz yer:  

|Harita | Arşiv | 1 | 2 | 3 | 4 | XML | Rss
PHP Kullanıyor Powered by SMF 1.1.20 | SMF © 2006-2009, Simple Machines

Google'a ekle
BOZKURT FM*
XHTML 1.0 Uyumlu! Dilber MC teması HarzeM tarafından
Bu Sayfa 0.043 Saniyede 22 Sorgu ile Oluşturuldu (Pretty URLs adds 0.006s, 2q)


Türkçü Turancı Otağ
Otağımıza üye olarak Türklüğe ve Türkçülüğe katkıda bulunabilirsiniz.
10 saniyede üye olmak için tıklayın.