Türkçü Turancı Otağ, Kurt ini

TÜRK TARİHİ ve EDEBİYATI => Turan Coğrafyasından Haberler => Konuyu başlatan: Erlik Adana üzerinde 16 Ocak 2012, 19:27:55



Konu Başlığı: Düşman, aynı silahla saldırıyor: Farslar Kürtleri örgütlüyor!
Gönderen: Erlik Adana üzerinde 16 Ocak 2012, 19:27:55
GAIP XƏBƏR : İran işqalçi rejiminin sonu gəldikcə Sovet Hökumətinin (şurəvi) çöküş dönəmini xatırladan proseslərin yaşandığı müşahidə olunur.
 
Qarabağ torpağına göz tikən ermənilər Sovet Hökumətinin çöküşü zamanı Azərbaycan əleyhinə silahlandıqları kimi, Güney Azərbaycandakı köçmən kürdlər də Qərbi Azərbaycan ostanını (Urmu, Salmas, Xoy, Makı, Qoşaçay, Sulduz, Tikantəpə və ... bölgələri) ələ keçirmək üçün eyni addımları atmaqdadırlar. Burda olan fərq ermənilərin Sovet Hökuməti, köçmən kürdlərin isə İran rejimi tərəfindən silahlanmasıdır.
Məlumata görə, kürdlər İraqın quzeyindən İrana silah daxil edirlər. İran fars rejimi isə az məbləğ qarşılığında onu qanuniləşdirir. İlk günlərdə 10000-dən çox Kürd, Güney Azərbaycanın Urmu Şəhərinin “Bərq” dördyolunda silahlarını qanuniləşdirmək üçün sıraya durublar. Bu barədə şahidlər “Öyrənci”yə məlumat veriblər. məlumata görə, Silahla bağlı sıra gözləyən kürdlərin izdihamı tıxaca səbəb olub və bu məsələ şəhərdə səslənib. Məhz Bu səbəbdən SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) bu işi başqa yerlərə həvalə edibdir. Artıq kürdlər silahlarını qanuniləşdirmək üçün “Rajan” üçyoluna müraciət edirlər, hansıki o məntəqədə ancaq kürdlər yaşayır. Daha bir yer isə Salmas yolu istiqamətində yerləşən Xarici vətəndaşlar binası (ETTELAATın əhatə dairəsi sayılır) təyin edilib.
Qeyd edək ki, əslində bu problem yeni deyil. Güney Azərbaycanın Qərbi Azərbaycan adlandığı bölgə 10 illərdir PKK və kürd terrorçularının diqqət mərkəzindədir. İran rejimi isə onların bu bölgəyə köçürülməsinə müxtəlif vasitələrlə şərait yaradır. İran rejimi əleyhinə gözlənilən müharibə ehtimalı, təbii olaraq bu bölgədə aktivliyə səbəb olub.
Ümid edirik ki, Azərbaycan xalqı kürd terrorçularından çoxlu tarixi təcrübələri olsada, Sovet Hökumətinin dağılması ilə Dağlıq Qarabağın işğal edilməsi faktını bir daha yada salıb və bütün ehtimallara qarşı tədbirli olacaqlar.