Azerbaycan'dan Mektup Var
Türkçü Turancı Otağ, Kurt ini
 
*
Esenlikler, Ziyaretçi.Lütfen giriş yapın veya kayıt olun. 02 Nisan 2020, 17:55:40


Kullanıcı adınızı, parolanızı ve aktif kalma süresini giriniz
Otağ Kuruluş Tarihi: 10 Ekim 2008


Random Image
Sayfa: [1]
  Yazdır  
Gönderen Konu: Azerbaycan'dan Mektup Var  (Okunma Sayısı 1960 defa)
0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.
turanmavisi
Normal Üye
*
Cinsiyet: Bay
ileti Sayısı: 15



« : 21 Ekim 2010, 18:20:09 »

Biz əbədi bir yolun yolçuları kimi, göy altında uzanan yollar uzunu, əzəlimizi gəzə-gəzə sona doğru gedirik. Kim bilir əzəl hardadır, son harda? Bəlkə də, əzəl elə sondur, son da əzəl. Əzəlimizi gəzə-gəzə, ordu-ordu, tümen-tümen axırıq, Doğudan Batıya, Batıdan Doğuya.
 
Beləcə, dünya uzunu dayanmır bu axın. Əbədi bir çağırış haraylayır bizi bu axınlara. Biz axınçıyıq, biz axınlarda güclüyük, biz axınlarda mənalıyıq. Savaş var, ölməz bir savaş var axınlarımızda. Dinclik yalnız uyqulardadır. Yaddaşımızda yatır bu savaş, qanımızda yatır bu savaş, ruhumuzda yatır bu savaş. Ölməz sevda kimi yatır. Bu savaş bitən yerdə hər şey bitəcək, bu savaş bitən yerdə köləlik başlayacaq. Və biz gedirik, Savaşımıza doğru gedirik. Yollar uzandıqca gedirik, dünya durduqca gedirik. Bu hərəkət üstündə durur dünya, bu nizam üstündə durur dünya. Hərəkətin nizamı var olduqca, varlıq da var olacaq. Tanrı nizamıdır bu nizam, ölməzliyə gedən yoldur, alıb aparır bizi.
Gedirik, yolların sonuna doğru gedirik,. Yolların sonunda, əbədi bir el gözləyir bizi. Tanrı işığıyla aydınlanan əbədi bir el.
 
Ulu Turan eli, ölməz sevdamız!
 
Uyqularda butamı verdilər, ya hər dəfə vəslimizin anıları duyğulandırdı bizi, bilmirəm, amma var bu sevda. Kərəmin Əslisi kimi var, Abbasın Gülgəzi kimi var. Yüz nəsil başını toxum verdi torpağa bu sevda yolunda. Bu sevdanın istisindən, ölümün də ağuşunda sevdalandıq. Bu sevdaya söykəndi əzəmətimiz. Biz bu sevdayla güclüyük, biz bu sevdayla böyüyük. Hər dəfə bu sevdanı unudanda köləlik başladı. Köləlik baş alıb getdi sevdasız beyinlərdə. Beynimiz fəth olundu, əzəmətimiz özgənin oldu, zəfərimiz özgənin oldu. Böyük-böyük dövlətlər qurduq, özgənin oldu, evlək tikdik, şəhərlər saldıq, özgənin oldu. Özünə dön-dedi bilgələr, özünə dön və böyük ol. Dönəmmədik, içimizdəki özümüzü tapammadıq. Yaddaşımız kilidliydi, qıfıllamışdılar yaddaşımızı, içimizdə yatan sevdamızı xatırlayammırdıq. Nə yaxşı türkülər varmış, hərdən türkülər titrətdi bizi.
 
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
 
Axtardıq, içimizi axtardıq, içimizdə özümüzü axtardıq. İçimizdə başqasını tapdıq.Yaşadıq, bilmədik niyə yaşadıq, savaşdıq, bilmədik niyə savaşdıq, qazandıq, niyə qazandıq. Min il yaddaş boxçamız bağlı qaldı, min il sevdamızın müjdəçisini gözlədik, pozulmuş yaddaşların quranını gözlədik, xilasçımızı-Boz Qurdu gözlədik. Göydən gələn göy yalmanlı atlar kimi, ruhumuz ölməz sevdamıza doğru çapdı. Təzədən sevdanın dadını duyduq, vəcdə gəldik bu sevdadan, qan iyindən duyğulanan kimi duyğulandıq. Göy səltənətinin yerdə dayaq duranı, ölməz eli xatırladıq - sevdamız Turanı.
 
Daha dağlar kimi dincliyimiz yox, daha buludlar tək yatmağımız yox. Yürüyəcəyik, ölməzliyin sonuncu dənizinə kimi yürüyəcəyik. Axın var, şanlı bir axın. Qazanmalara doğru axacağıq, ucalara doğru axacağıq. Zəbtimiz düşüncə zəbtidir, zəfərimiz zəkamızın zəfəridir. Səməndər tək kül altından duran bizlər, bir ölməzlik məmləkəti quracağıq. Bizi kimsə saxlayammaz.
 
Alıb aparır bizi bu yol, sevdalı duyğu kimi alıb aparır. Bu yol Ulu Turan yoludur, bu yol azad və xoşbəxt olmaq istəyən insanlığın yoludur, bütün yolların əzəli və sonu, tanrı yoludur bu yol. Gedirik bu yolu, nəfər-nəfər, tümenləşə-tümenləşə, savaşa-savaşa gedirik. Bu bizim taleyimizdi, bu bizim alın yazımızdı. Bizi kimsə saxlayammaz, bizi kimsə döndərəmməz. Zaman bizim zamanımız, əsr bizim əsrimizdir.

Yazar:Elxan Zal Qaraxanlı
Facebook'a Ekle
Kayıtlı

"Milli benliğini bulamayan milletler başka milletlerin avı olacaklardır." Başbuğ Mustafa Kemal Atatürk
Sayfa: [1]
  Yazdır  
 
Gitmek istediğiniz yer:  

|Harita | Arşiv | 1 | 2 | 3 | 4 | XML | Rss
PHP Kullanıyor Powered by SMF 1.1.20 | SMF © 2006-2009, Simple Machines

Google'a ekle
BOZKURT FM*
XHTML 1.0 Uyumlu! Dilber MC teması HarzeM tarafından
Bu Sayfa 0.038 Saniyede 22 Sorgu ile Oluşturuldu (Pretty URLs adds 0.006s, 2q)


Türkçü Turancı Otağ
Otağımıza üye olarak Türklüğe ve Türkçülüğe katkıda bulunabilirsiniz.
10 saniyede üye olmak için tıklayın.